Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil

0

  •           Amerika
    Birləşmiş Ştatlarında dövlətə və dövlətin siyasətinə erməni lobbilərinin təsiri
    nəhayət özünü tam qabarıq şəkildə göstərdi. 
    Hər dəfə Amerikada prezident seçkiləri öncəsi  namizədlər prezident seçiləcəyi təqdirdə  qondarma erməni soyqırımını dilinə gətirəcəyini
    vədd edərək lobbilərin səsini və dəstəyini qazanmaq üçün bundan siyasi məqsəd
    üçün istifadə etmişlər. Lakin Cozef Baydenə qədər heç kəs soyqırım ifadəsini
    dilinə gətirməmişdir, bu yalana ortaq olmaq istəməmişdir. Baydenin ifadəsinin Tükriyəyə heç bir xələl gətirməyəcəyinə əminəm
    , ancaq Amerikanın , özünü dünyaya demokratik, ədalət carçısı kimi tanıdan dövlətin
    daxildəki təzyiqlərini və demokratik fikirdən kənar olduğunu, tarixi həqiqətləri
    yalanla ört bast etdiyini aydın şəkildə göstərdiyini görürük.

        24 aprel tarixində Baydenin  erməni soyqırımı kəlməsini işlətməsi həm
    verdiyi vədi yerinə yetirmək, həm də bir növü Türkiyəyə təzyiq kimi qiymətləndirilə
    bilər.  Ancaq Amerika Prezidenti deyəsən
    türkün məşhur deyimini unudub: Türkün qolu bükülməz! Türkün gücü tükənməz! Ermənilər
    də anlamalıdır ki, yalan iftiralar ancaq onların əleyhinə ola bilər. Baydenin
    "soyqırım" məsələsinə xüsusi önəm verməsindən irəli gələrək ermənilərin
    Şərqi Anadoluda və Qafqazda törətdikləri genosidlərə də münasibət bildirsəydi
    onda bu, demokratik dəyərlərə bir nümunə olardı.

        Qondarma erməni soyqırımı Birinci dünya müharibəsi ərəfəsində  Anadoluda yaşayan ermənilərin məhv edildiyi
    irəli sürülən yalançı iddiadır.  Türkiyə
    Cümhuriyyəti bu məsələni erməni - türk qarşıdurması kimi dəyərləndirir. Bir neçə  dövlət bu hadisəni tarixə əsaslanaraq yox, bəzi
    siyasi faktorların təsiri ilə qəbul ediblər. Tarixi həqiqətləri araşdırdıqda isə
    başqa bir mənzərə ilə qarşılaşırıq. Belə ki, Birinci dünya müharibəsi ərəfəsində
    ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti
    27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı.  Bu qərar öncəsində isə bu gün ermənilərin
    soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs
    edilmişdir . Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran
    canilər, qaniçənlər idi. Köç karvanı Anadoluda yaşayan erməniləri  Osmanlı Dövlətinin başqa ərazilərinə köçürməyi
    nəzərdə tutmuşdu.

        Göründüyü kimi Amerika prezidenti  ya tarixi bilmir , ya da qəsdən tarixi
    saxtalaşdırmaq istəyir. Əgər həqiqətlər Amerika üçün maraqlı olsa idi , Türkiyə
    prezidenti Rəcəb Tayyib Ərdoğanın “ gəlin arxivlərimizi açaq və həqiqətləri
    araşdırmaq üçün dünya tarixçilərinə müraciət edək”  təklifini qəbul edərdi. Ancaq nədənsə nə
    Amerika , nə də qondarma erməni soyqırımını tanıyan bəzi dövlətlər  Ərdoğanın bu sözünə cavabsız qalırlar.
    Görünür yalanlarının üstü açılacağını yaxşı bilirlər. Özünü dünya lideri sayan,
    haqq ədalət carçısı kimi qələmə verən Amerika nəyə görə tarixi araşdırmaq yerinə
    yalan fikirlər söyləməyi üstün tutdu? Həmin dövrdə türklərin ermənilər tərəfindən
    qətlini bilə - bilə , üstəgəl erməni soyqırımı ifadəsini seçdi. Əgər ədalət
    axtarırsansa bəs 1918-ci ildə qətl edilən azərbaycanlılar?  Çox uzağa getməyək, 1992-ci il Xocalı
    soyqırımını nəyə görə dilinə gətirmirlər? 
    Qocaları, qadınları, körpələri qətl edən məhz ermənilər deyilmi?  Bunlardamı araşdırıla bilməyəcək hadisədir?
    Qarabağda törətdiyi cinayətlər, dağıntılar, daş üstə-daş qoymamaları aşkar vəhşiliyin
    nümünələridir.  Ancaq saxta  tarixə əsaslanan  Baydendən bunları dilinə gətirməsini gözləmək
    yersizdir. Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil.

    Bəxtiyar Əhmədov, Xocalı rayon Yaloba kənd tam orta məktəbin ingilis dili müəllimi 

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib42 dəfə
    Görünür Co Bayden müstəqil siyasət yürütmək iqtidarında deyil

    Maraqlı gələ bilər
    38